Qadının xoşbəxtlik yaşı
Alimlər belə bir nəticəyə gəliblər ki, özünü daha çox xoşbəxt hesab edən qadınlar əsasən 28 yaşında olanlardır. Məhz bu yaşda onlar özlərini xoşbəxt və öz güclərinə inamlı hiss edirlər. Bundan başqa, bu yaşda olan qadınlar seksdən daha çox həzz alırlar. Lakin əlbəttə ki, bu xoşbəxtlik uzun sürmür.
Təbiidir ki, 30 yaşını təntənə ilə qeyd edən qadın artıq qocalmağa başladığından qorxur. Ekspertlərin sözlərinə görə, 28 yaş – qadının fiqurasının və saçlarının gözəl göründüyü bir dövrdür. Bu isə ona özünəinamı ilə fəxr etməsinə əsas verir. Bu deyilənlər isə boş sözlər deyil. Belə bir nəticəni 4 min qadının iştirak etdiyi tədqiqat göstərib. Aparılan tədqiqatda yaş fərqi müxtəlif olan qadınlar – 25 yaşından 65 yaşınadək iştirak ediblər. Əlbəttə, alimlər bunu da bildiriblər ki, 30 yaşda olarkən həyat heç də bitib tükənmir. Məişət məsələləri 32 yaşında olanları, maliyyə sabitliyi isə 33 yaşlı qadınları tamamilə təmin edir.
İndi isə qadınları kədərləndirən nəticələrə baxaq. Qadınların 65% kişilərdən daha tez qocaldıqlarının dərdini çəkirlər. Qadınların əksəriyyəti isə gözəlliklərinin geri qaytarılmasının mümkün olmamasından, illərlə itirilməsindən əziyyət çəkirlər. Bu problemlə bağlı olaraq onlar plastik əməliyyatlara və cürbəcür kosmetik vasitələrə üz tuturlar.
|