Futbol üzrə Qətər çempionatının matçında görünməmiş olay baş verib.
WwW.World-az.net-in “İhlas” agentliyinə istinadən verdiyi məlumata görə,
“əl-Xarafa” və “əl-Xor” komandaları arasında keçirilmiş oyun zamanı baş
hakim təbii ehtiyacını meydançada ödəyib.
Komandalardan biri künc zərbəsi yerinə yetirməyə hazırlaşdığı vaxt
hakim yaşıl otları islatmağa başlayıb. Ədalət təmsilçisi futbolçuların
çaşqın baxışları altında heç nə olmayıbmış kimi “kiçik iş”ini görüb.
Sonra isə o, adi qaydada oyunu davam etdirib. Kameralar tərəfindən
saniyə-saniyə lentə alınan bu hərəkət bir anda bütün dünyaya yayılıb.