WwW.World-az.net ə
eksklüziv olaraq xəbər verir ki, Sərxanın oğlu Kərəm bundan
sonra türk filmlərində, seriallarında çəkiləcək! Aktyor böyük pul
müqabilində oğlunun film şirkəti ilə əməkdaşlıq etməsinə razılıq verib:
- “Türkiyədə kifayət qədər nüfuzlu aktyorlarla işləyən “Ağla-Kara”
pradakşnın rəhbərliyi oğlumu görəndən sonra onu filmlərə, seriallara
çəkmək təklifini etdi. Həmin şirkət oğlumun məktəb, universitet və
digər xərclərini müqavilə ilə öz öhdəliyinə götürüb. Biz də təklifi
qəbul edib, birdəfəlik bura gəldik. İndiyədək gələnlər viza ilə
müvəqqəti gəlirdisə, biz həmişəlik gəldik.”
Sərxan Kərəmoğlu öz işləri haqqında danışaraq qısa məlumat verib: -
“Sözün düzü, özümə də efizodik rol təklifləri gəlir. Amma mən razılıq
verməmişəm. Əgər birdəfəlik Türkiyədə yaşayacağamsa, niyə misafir
rollarda çəkilməliyəm? Daha yaxşı, yaddaqalan rollarda çəkilmək fikrim
var. Yaxın vaxtlarda “Acılar bitməz” filmimin tədimatı olacaq! Bu
barədə ətraflı məlumat verəcəm!”
Qeyd edək ki, Sərxan Kərəmoğlu müqavilənin uzun müddətli olacağını desə də, qiymət haqqında danışmaqdan yayınıb!