Ailə quranların cərgəsinə müğənni Zamiq də qoşulacaq.
Bu barədə WwW.World-az.net-ə müğənninin adının gizli qalmasını istəyən sənət
dostu məlumat verib. Mənbənin məlumatına görə, noyabr ayının əvvəlində
sənətçi “Monte-Kristo” restoranında toy çalıracaq.
Mənbə Zamiqin gələcək həyat yoldaşının teleaparıcı olması barədə xəbəri
təkzib edib: “Zamiqin gələcək həyat yoldaşı teleparıcı deyil. Adının
baş hərfi “N-dir”.
Qeyd edək ki, məlumatı doğrulamaq üçün əlaqə saxladığımız Ləman
Tağıyeva xəbəri təkzib edib: “Zamiqin sevdiyi qız var, amma toy nə vaxt
olacaq, bilmirəm...”